AZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Bakı, 29 aprel, AZƏRTAC

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3132 nəfər) çatacaq.

Seçilən
89
1
Mənbələr
Şərh ()
Bağla