AZ

Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub

Bakı. Trend:

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Yunanıstançempionatının oyununu idarə edib.

Trend-inməlumatına görə, o, Superliqada “Panatinaikos” və “Aris”komandaları arasında keçirilən matçda ədaləti qoruyub.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməkediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulosolub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinəyetirib.

Görüş Fatih Terimin başçılıq etdiyi "Panatinaikos"un minimalhesablı məğlubiyyəti ilə başa çatıb. Yeganə qolu 2-ci dəqiqədəAlvaro Zamora vurub. Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuyasarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sıisə qonaqların payına düşüb.

Qeyd edək ki, bu nəticədən sonra 71 xalı olan "Panatinaikos"3-cü, 52 xalı olan "Aris" isə 5-ci pillədə qərarlaşıb.

Seçilən
52
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq