AZ

Dünyanın ən hündürboylu müğənnisi vəfat edib

Braziliyalı müğənni Mariya Felisiana 77 yaşında vəfat edib.

O, dünyanın ən hündürboylu müğənnisi kimi tanınıb. Mariyanın boyu 2,25 metr idi.

Qeyd edək ki, Felisiana 16 yaşından səhnədə çıxış edib. 10 yaşına qədər o, adi bir uşaq kimi hündür olub, lakin sonra kəskin şəkildə uzanmağa başlayıb.

Felisiana oxumaqla yanaşı, sirkdə çıxış edib və basketbol oynayıb. 1995-ci ildə ayağında uğursuz əməliyyat keçirib, nəticədə onun əzasının bir hissəsi amputasiya edilməli olub.

Son illər sənətçi çoxsaylı xəstəliklərə görə yataq xəstəsi olub. O, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib.

Mənbə: Daily Mail

Seçilən
85
4
Mənbələr
Şərh ()
Bağla