AZ

Polşada bomba həyəcanı: İki minə yaxın insan təxliyə edilir

Polşada yanacaqdoldurma məntəqəsinin yaxınlığında tapılan İkinci Dünya Müharibəsindən qalma hava bombası səbəbindən iki yaşayış məntəqəsində iki minə yaxın yerli sakin təxliyə edilir.

Qeyd olunub ki, istehkamçılar İkinci Dünya müharibəsindən qalan hava bombasını zərərsizləşdirəcəklər. Kosakovo qminasının Deboquj və Kazimej sakinləri bazar ertəsi səhər başlayacaq evakuasiyaya hazırlaşırlar.

Məlumata görə, istehkamçılar iki saat ərzində bombanı zərərsizləşdirməyi planlaşdırırlar. Bütün tədbirlərdən sonra yerli sakinlərin evlərinə qayıtmasına icazə veriləcək.

Mənbə: news.ru

Seçilən
103
2
Mənbələr
Şərh ()
Bağla