AZ

Popova Rusiyada ağcaqanadlarda 47 yeni virus aşkar etdiyini açıqlayıb

Rusiyada viral mənzərənin öyrənilməsinin ilk nəticələri ortaya çıxıb. Belə ki, bu günə qədər mütəxəssislər ağcaqanadlarda 47 yeni virus aşkar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib. ...Ağcaqanadlarda 47, gənələrdə isə 14 zərər verə biləcək yeni virus görməyə hazırlaşırıq.

Qeyd edək ki, o bunu Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər patogenlərin milli kataloqunun yaradılması üzərində işləyirlər.

Bütün mövcud məlumatlar rəqəmsallaşdırılıb.

...İlin sonuna kimi biz onu 40 min ştamına qədər genişləndirəcəyik və Amerika tipli mədəniyyətlərin ən böyük kolleksiyasını ötəcəyik.

Popova əlavə edib bunu.

Rospotrebnadzor rəhbəri bu fəaliyyətin ən azı 2030-cu ilə qədər davam edəcəyinə aydınlıq gətirib.

Nazlı

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla