AZ

Paşinyan və Blinken Ermənistan-Azərbaycan sülh prosessini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, danışıq zamanı tərəflər ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər:

"Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər. Nikol Paşinyan ikitərəfli münasibətlərin intensivləşməsindən məmnunluğunu ifadə edib. Baş nazir, həmçinin aprelin 5-də Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bu razılaşmaların görüşün yekunlarına dair mətbuata açıqlamada ifadə edildiyini və görüşün heç bir gizli gündəminin olmadığını qeyd edib", - deyə bildirilib.

Bildirilib ki, Paşinyan danışıq zamanı “Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası prosesini müsbət dəyərləndirib".

Seçilən
6
1
Mənbələr
Şərh ()
Bağla