Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var
Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib.
Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdlü Dadaşov Natiq Hüseyn oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.