Bakıda 45 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Hüseyin oğlu Dadaşov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.