AZ

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır

Azərbaycan ilə Ermənistan sərhədində demarkasiya işlərinin başlanması müsbət addımdır.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib.

Seçilən
2
10
Mənbələr
Şərh ()
Bağla