AZ

Belarusda ovçulardan snayperlər hazırlayacaqlar

Belarus Ovçular və Balıqçılar Cəmiyyətinin (BOOR) sədri İqor Şuneviç bildirib ki, ölkənin Müdafiə Nazirliyi ovçuları snayper kimi yenidən hazırlamağa başlayıb. Bu barədə TASS məlumat yayıb.
“Bu gün belə mütəxəssislərin cəlb edilməsi, onların yenidən hazırlanması üçün sistem yaradılıb və yaradılır. Biz o insanların potensial sayını tədricən artıracağıq ki, lazım gələrsə, mütəxəssis kimi, çox dar məqsədyönlü, cərrahi, belə demək mümkünsə, hərbi əməliyyatlarda alət kimi istifadə oluna bilər”, - Şuneviç bildirib.
Qeyd olunur ki, 60 minə yaxın ovçu BOOR-un üzvüdür.
Bundan əvvəl Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov demişdi ki, Latviya və Litvanın kəşfiyyatçıları sərhəd-keçid məntəqələrində rusları və belarusları işə cəlb etməyə cəhd edirlər. Onun sözlərinə görə, Baltikyanı ölkələr bu məqsədlə mövcud keçid məntəqələrində nəzarət tədbirlərini gücləndiriblər.
S.ELAY
XQ

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla