AZ

May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...

"Maqnit qasırğaları günlərində fiziki yükdən imtina etmək, istirahətə zaman ayırmaq, sakitləşdirici ot çaylarından istifadə etmək, daha çox təmiz qazsız su içmək tövsiyə edilir..."
 
ABŞ okeanoqrafik və atmosfer tədqiqatları Milli Agentliyinin kosmik havanın proqnozlaşdırılması Mərkəzinin proqnozuna görə, mayın əvvəlində geomaqnit fəallıq aşağı səviyyədə olacaq. Ümumilikdə baharın son ayında yeddi təhlükəli gün və üç maqnit qasırğası dövrü gözlənilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "tochka.by" nəşri yazıb.
 
İlkin proqnozlara görə, müxtəlif gücə malik maqnit qasırğaları mayın 1-3, 5-7, 11-17, 20-25 və 28-də gözlənilir.
 
1-3 və 5-6 mayda geomaqnit fəallıq zəif olacaq. 11-17 mayda güclü maqnit qasırğası olacaq. Bu, meteohəssas insanlarda səhhətin pisləşməsinə, habelə bəzi texniki sistemlərin işinin pozulmasına gətirib çıxara bilər.
 
20-25 mayda orta dərəcəli maqnit qasırğası gözlənilir. Onun insanlara və texnikaya təsiri az hiss ediləcək, lakin hər halda bəzi insanlarda səhhətin pisləşməsi müşahidə edilə bilər. Onun təsiri 11-17 maydakı maqnit qasırğasına bənzəyəcək.
 
Mütəxəssislər xəbərdarlıq edir ki, bu, ilkin diaqnozdur, məlumatlar hər üç saatdan bir yenilənir. K-indeks dəyişilə bilər. Lakin ümumi mənzərə çətin ki, dəyişiləcək, çünki Günəş ləkələri üzrə məlumatlara əsaslanır.
 
Maqnit qasırğası Yerin maqnit sahəsinin oyanışı nəticəsində dövrü olaraq yaranan təbiət hadisəsidir. Planetimizin maqnit sferasına təsir göstərən Günəşdir.
 
Maqnit qasırğası orta hesabla 2-5 gün davam edir və aşağıdakı fazalara bölünür:
 
- başlanğıc faza (Günəş küləyi Yerə hücum edir);
 
- əsas faza (maqnitosferada dəyişikliklər baş  verir);
 
- son faza (Yerin maqnit sahəsinin bərpası).
 
Maqnit qasırğalarının təsirindən havanın təzyiqi və hərarəti dəyişir, nəticədə koronal kütlə atmosferə daxil olaraq hava molekulları ilə qarşılıqlı əlaqədə olur, qütb işıqlanması yarana bilər.
 
Günəşin oyanışının Yer planeti sakinlərinə təsiri ilə bağlı alimlərin fikirləri müxtəlifdir. Bəzi həkimlər meteohəssas insanların olduğunu qəbul edir, onlar müəyyən günlərdə rahatsız olur, məhz bu zaman planetin maqnit sahəsində oyanış baş verir.
 
Pasiyentlərin bəzilərində arterial təzyiq artır, baş ağrısı, həddən artıq həyəcan müşahidə edilir. Maqnit qasırğası zamanı bəzilərinin xroniki xəstəlikləri kəskinləşir. Həmçinin astronomik hadisələr allergiyadan əziyyət çəkənlərə də təsir edir.
 
Maqnit qasırğaları günlərində fiziki yüklərdən imtina etmək, istirahətə zaman ayırmaq, sakitləşdirici ot çaylarından istifadə etmək, həmçinin daha çox təmiz qazsız su içmək tövsiyə edilir.
Seçilən
98
50
Mənbələr
Şərh ()
Bağla