AZ

Ukraynada müharibə ABŞ seçkilərinə qədər davam edəcək - Borrell

"Ukraynadakı müharibə Amerika Birləşmiş Ştatlarında seçkilərin sonuna qədər davam edəcək". Bizimyol.info xəbər verir ki, "breakingthenews.net" in verdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən Dünya İqtisadi Forumunda deyib. Diplomat deyib ki, o, Ukraynadakı münaqişənin tezliklə bitəcəyini gözləmir, çünki Rusiya prezidenti Vladimir Putin istənilən qərarı “ən azı bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər” təxirə sala bilər. “Bu arada biz Ukrayna xalqını dəstəkləməliyik. Biz müharibə başlayanda Ukraynanı dəstəkləməyə söz vermişdik, ukraynalılar müqavimət göstərə bilməyənə və Putin bu müharibəni dayandırmağa qərar verənə qədər biz Ukraynanı dəstəkləməyə davam etməliyik”, - deyə Borrell vurğulayıb. ABŞ prezidenti Co Bayden Ağ Evin keçmiş rəhbəri, hazırkı rəqibi Donald Trampla debat etməyi planlaşdırdığını bildirib. Əvvəllər Bayden Trampla debatda iştirak etməyə razı olmayıb və bunun keçmiş prezidentin davranışından asılı olacağını deyib. Ukrayna mətbuatı həmçinin bildirib ki, Bayden son sorğuda Tramp üzərində liderliyini artırır. Respondentlərin 41%-i hazırkı prezidentə səs verməyə hazırdır. Beləliklə, Bayden keçmiş Amerika liderini 4% qabaqlayıb. Qadir, Bizimyol.info

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla