Azərbaycan Premyer Liqasının XXXII turunun "Sumqayıt" - "Qarabağ" oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Oyun, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. "Qarabağ"la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. Rəqibə də uğurlar arzu edirəm.
- Xəyal Fərzullayev bu gün debüt etdi. Onu meydana buraxmaq riskli deyildi? - Bu gün ilk matçı oldu. Oyundan sonra da çox ağladı. Özünü doğrultdu. Debütü möhtəşəm qələbə ilə oldu.
- Oyundan sonra sizə yaxınlaşanlar kimlər idi? - Ailəm idi, çağırdılar, getdim yanlarına.