AZ

"Neftçi"dən böyükhesablı qələbə, çempion Sumqayıtda uduzub - Premyer Liqa

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti matçlarıkeçirilib.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Qəbələdə eyniadlı komanda “Kəpəz”i qəbul edib. Autsayderlərinduelində Premyer Liqanı tərk edəcək komanda müəyyənləşib. 0:1hesabı ilə uduzan “Qəbələ”nin son pilləni tutacağı rəsmiləşib.

“Neftçi” öz meydanında “Turan Tovuz”la görüşüb. "Ağ-qaralar"çətinlik çəkmədən 3:0 hesabı ilə qələbə qazanıblar. Qərblilərin isəavrokubok zonasına düşmək şansı minimuna enib.

Sumqayıtda şəhərin eyniadlı təmsilçisi “Qarabağ”la üz-üzə gəlib.Çempionluğu təmin edən Ağdam klubunun son turlardakı uğursuzluğudavam edib. “Barselona”nın düşərgəsinə təcrübəyə yollanan SamirAbasovunsuz meydana çıxacaq “Sumqayıt” isə avrokuboklara vəsiqəyolunda vacib 3 xal qazanıb.

Qeyd edək ki, tura aprelin 29-da yekun vurulacaq.

Məqalədə:
Seçilən
15
Mənbələr
Şərh ()
Bağla