AZ

Erməni traktoru magistral yolda xarab olub..?

Ermənistanda vətəndaşlar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına etiraz əlaməti olaraq İrana gedən magistralın bir hissəsini traktorla bağlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, etirazçı ermənilərErmənistan-İran magistral yolunun Yeqqnadzor şəhəri yaxınlığında avtomobillərin hərəkətini dayandırıblar.

Magistral yolu avtomobillərdə olan vətəndaşlar kəssə də, yalnız bir traktordan istifadə edilib.

Polis traktorun sahibindən nəqliyyatın qarşısının alınmasını tələb etsə də, o, maşının xarab olduğunu bildirib.

Nəşr yazır ki, etiraz əlaməti olaraq vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu da bağlayıblar.

Nazlı

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla