AZ

Qarabağ - Türk dünyasının yeni inkişaf dövrü...VİDEO

Türk dünyasının yeni inkişaf dövrü Qarabağdan başlayır.

Bu gün Qırğızıstan Ağdamda məktəb tikirsə, Özbəkistan, Qazaxıstan quruculuq işlərində iştirak edirsə, Azərbaycan bu ölkələr üçün türk dünyasının mərkəzi və ilham mənbəyi hesab olunur. Bu tarixin ən mühüm nöqtəsində türk dünyası, türk dövlətləri arasında birliyin möhkəmlənməsi də Azərbaycan üzərindən həyata keçirilir.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Sahil Kərimli deyir ki, qardaş türk dövlətlərinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə maraqlı olmasında Azərbaycanın yürütdüyü siyasətin müstəsna xidmətləri var.

Şuşanın təkcə Azərbaycanın yox, həm də türkdilli dövlətlərin mədəniyyət paytaxtı olması da bunu əks etdirən amillərdən biridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
32
48
Mənbələr
Şərh ()
Bağla