AZ

Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub

Azərbaycan ABŞ-nin Kaliforniya ştatının Mounten Vyu şəhərində multikulturalizm festivalında təmsil olunub.

Aznews.az xəbər verir ki, iyirmidən çox xalqın Silikon Vadisində yaşayan nümayəndələrinin qatıdığı festivalda ölkəmizi Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) üzvləri təmsil edib.

Ənənəvi olaraq iki ildən bir təşkil edilən festivalda Silikon Vadisində yaşayan xalqların mədəniyyətlərini yerli əhaliyə tanıdıb, müxtəlif icmalar haqqında yerli sakinlər məlumatlandırıblar.

Festivalda Azərbaycan nümayəndələri əl işləri, folklor və milli musiqiləri və mətbəxləri təmsil olunublar.

Azərbaycan festivalda ölkəmiz haqqında geniş məlumatların əks olunduğu, milli adət-ənələrimiz və zəngin mətbəximizin ləziz təamlarının nümayiş edildiyi böyük stenlə təmsil olunub.

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla