Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 32-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Sabah” və “Səbail”in əvəzedici komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq. Sabah daha 3 oyun baş tutacaq. Turun sonuncu oyun günündə isə bir oyun keçiriləcək.
Əvəzedicilər Liqası
32-ci tur
28 aprel
“Sabah-2” – “Səbail-2” 2:3
Qollar: Yaqub Yusubov, 16. Nicat Quliyev, 54 – Ayaz Mikayılov, 13; 30. Bəhram Köçərli, 56.
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 15:00.
29 aprel
“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: Alik Yunusov, Kərim Zeynalov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Qəbələ-2” – “Kəpəz-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
30 aprel
“Zirə-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Rəhman Aslanov, Xalid Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:00.