AZ

İsmayıllıda yolların bərbad vəziyyətdə olması kəndə turist axınını ƏNGƏLLƏYİRVİDEO

İsmayılının Qaraqaya kəndinin yollarında  su, palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.

Xezerxeber.az xəbər verir ki, sakinlərin dediyinə görə, kəndin yollarının bərbad vəziyyətdə olmasına görə avtomobillər tez -tez sıradan çıxır.

Avtomobillərlə yanaşı piyadaların hərəkəti də çətinləşir. Məktəbə gedən şagirdlər və müəllimlər xüsusən də yağışlı havada əziyyət çəkirlər.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, kəndin yollarının əsaslı təmiri nəzərdə tutulub.

Onu da qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən sayılır .

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla