AZ

COP29 iqlim problemləri haqqında məlumatlılığın artırılmasına kömək edəcək - Elçin Əmirbəyov

Bakı. Trend:

COP29-a ev sahibliyi etmək böyük məsuliyyətdir, və eyni zamandaölkə daxilində iqlim haqqında məlumatlılığın artırılmasına köməkedir.

Trend xəbər verirki, bu barədə Braziliyanın “Correio Braziliense” qəzetinəmüsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusitapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bütün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri olan iqlimdəyişikliyi və bütün ölkələrin üzləşdiyi bütün fəsadlardan söhbətgedəndə, COP29 ən mühüm hadisə sayılır. Ölkəmiz iqtisadiyyatı təbiiqaz və neft kəşfiyyatına əsaslanan karbohidrogen ölkəsi kimitanındığından biz artıq bir neçə ildir ki, hökumətimizin stratejiməqsədlərindən biri olan yaşıl və bərpa olunan enerjiyə keçiditəmin etməli olduğumuzu anlayırdıq", - deyə o bildirib.

E.Əmirbəyov həmçinin qeyd edib ki, Azərbaycan Braziliya iləticarət əlaqələrini gücləndirməyə çalışır:

"Braziliya, məsələn, iqtisadiyyatımız üçün çox vacib olan gübrəsahəsində Azərbaycandan idxalı artıra bilər. Çoxlu təyyarəaldığımız üçün aviasiya sənayesində də çox yaxşı əlaqələrimiz var.Biz həm də turistlərin sayının artmasını istəyirik, çünki ölkənizitəmsil etməyin ən yaxşı yolu birbaşa uçuşların olmasıdır vədayanacaqları mümkün qədər qısaltmaq üçün məhz bunun üzərindəişləməli idik".

Seçilən
15
8
Mənbələr
Şərh ()
Bağla