AZ

"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas

"İsrailin Rafahda əməliyyatı fələstinliləri bölgədən qaçmağa vadar edəcək və bu, Fələstin xalqının tarixində ən böyük fəlakət olacaq..."
 
"Tezliklə Rafahda əməliyyat başlanacaq, İsraili yalnız Birləşmiş Ştatlar dayandıra bilər".
 
Moderator.az xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas bu gün Səidiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ümumdünya İqtisadi Forumunun iclasında çıxışı zamanı bəyan edib. Məlumatı SİTA agentliyi yayıb.
 
"Biz Birləşmiş Ştatları İsrailə Rafaha hücum etməmək barədə xahişlə müraciət etməyə çağırırıq. Amerika İsrailə bu cinayəti torətməsinə mane ola biləcək yeganə ölkədir", - "Əl-Cəzirə" telekanalı Mahmud Abbasdan iqtibas gətirib.
 
Fələstin rəhbəri əlavə edib ki, İsrail Müdafiə Ordusunun bir neçə gün ərzində baş tutacaq əməliyyatı Fələstin əhalisinin çox hissəsini bölgədən qaçmağa vadar edə bilər.
 
"O zaman Fələstin xalqının tarixində ən böyük fəlakət baş verəcək", - o, deyib və Qəzzada hərbi əməliyyatlar bitəndən sonra İsrailin "fələstinliləri İordan çayının Qərb sahilindən qovulmasına cəhd göstərə biləcəyindən" narahatlığını ifadə edib.
 
Mahmud Abbas qeyd edib ki, müharibənin başlanmasından artıq 200 gündən çox zaman keçib, lakin İsrail "hər hansı hərbi məqsədlərinə" nail olmayıb, HƏMAS hələ də Qəzzada qalmaqdadır.
 
Çıxışının sonunda o, bəyan edib ki, vəziyyətin elə həllini tapmaq zəruridir ki, Qəzza bölgəsini Qüds də daxil olmaqla Qərb sahili ilə müstəqil Fələstin dövlətinə birləşdirsin.
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla