AZ

Moskva hava limanlarında mindən çox tacik saxlanılır...

...Rusiya hakimiyyəti mindən çox Tacikistan vətəndaşını Moskva hava limanlarında saxlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu respublikanın Xarici İşlər Nazirliyi bildirir.

...Rusiya paytaxtının Vnukovo beynəlxalq hava limanının vətəndaşlarının müvəqqəti saxlanma zonasında müvafiq sanitar şərait yaradılmayan 954 Tacikistan vətəndaşı var. Qapalı qalan vətəndaşlar arasında Rusiya hökumətinin təhsil kvotaları hesabına Rusiyada təhsil alan tacik tələbələr də var.

Bu, Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

...Tacik nazir qeyd edir ki, bir neçə saatlıq gözləmədən sonra 322 nəfər Rusiyaya buraxılıb, lakin Rusiya hakimiyyəti 306 nəfəri qondarma “qovma siyahısı”na daxil etmək niyyətindədir.

Belə ki, Rusiya artıq 27 nəfəri ölkədən çıxarıb.

...Rusiya paytaxtının Jukovski, Domodedovo və Şeremetyevo hava limanlarında da çətin vəziyyət müşahidə olunur, burada onlarla Tacikistan vətəndaşı lazımi şərait olmadan saxlanma zonalarında saxlanılırlar.

SİA-nın Tacikistan XİN-dən əldə etdiyi məlumata görə, bu ölkənin diplomatik nümayəndəliyinin konsulluq xidməti Moskvada 24 saat fəaliyyət göstərən operativ qərargah açıb.

Nazlı

Seçilən
58
5
Mənbələr
Şərh ()
Bağla