AZ

Klubu Yamalı satacaq, yoxsa satmayacaq?

Lamin Yamal ilə bağlı xəbərlərin səngiməməsi klubunu hərəkətə keçirib.

“Football-plus.az” xəbər verir ki, “Barselona” bu yay yarımmüdafiəçini satmamaq qərarına gəlib. “AS” qəzetinin məlumatına görə, PSJ 16 yaşlı futbolçu üçün İspaniya klubuna 200 milyon avro ödəməyə hazır idi. Lakin “Barselona” rəhbərliyi parislilərin təklfini qəbul etməyib. Artıq Yamalın meneceri Jorje Mendeş PSJ rəhbərliyinə futbolçunun Fransa klubuna keçməyəcəyini bildirib.

Mendeş ötən gün PSJ rəhbərliyi ilə görüşmək üçün Parisə gedib və danışıqların dayandırılmasını istəyib.
Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla