AZ

“Barselona”nın kifayət qədər pulu olmaya bilər – Bu müqavilə üçün

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silva ilə yollarını ayırmağa hazırdır.

Sportinfo.az “Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona”ya keçmək istəsə, ispaniyalı mütəxəssis onun qərarına qarşı çıxmayacaq.

Kataloniyalıların Silvaya görə 60 milyon avro təzminat ödəməyə hazır olub-olmadığı hələlik məlum deyil.

Yarımmüdafiəçinin özü bu yay “Barsa”ya transfer üçün açıqdır. Amma klubun müqavilə üçün kifayət qədər pulu olmaya bilər.

Silva İngiltərə Premyer Liqasının cari mövsümündə 6 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2017-ci ildən “Mançester Siti”də çıxış edir.

Seçilən
51
42
Mənbələr
Şərh ()
Bağla