AZ

Tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb


Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar.
Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb. 
Seçilən
151
26
Mənbələr
Şərh ()
Bağla