AZ

Paşinyan Blinkenlə Azərbaycanla sərhədlərin delimitasiyası məsələsini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan  və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh prosesi və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Paşinyan Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası prosesindən müsbət danışıb. 

Tərəflər qeyd ediblər ki, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması, eyni zamanda delimitasiya və demarkasiya prosesinin eyni bəyannamə əsasında həyata keçirilməsi sülh sazişinin imzalanmasına yol açır. 

Bizim.Media

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla