AZ

Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağladılar - Video

Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən Ermənistan vətəndaşları traktorlarla Yexeqnadzor şəhəri yaxınlığında Ermənistan-İran dövlətlərarası avtomobil yolunun hərəkətini bağlayıblar.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Vətən uğrunda Tavuş” siyasi hərəkatının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl hərəkat etirazçıların İrəvan-Gümrü yolunu bağladıqları barədə məlumat verib.

Xatırladaq ki, aprelin 25-də yüzlərlə erməni Ermənistanın rayonlarında və paytaxtında küçə və magistral yolları bağlayaraq, Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına etiraz ediblər.


Telegram kanalımız
Seçilən
111
7
Mənbələr
Şərh ()
Bağla