AZ

"Elə qırmızı vərəqə almaq olmaz" - Ayxan Abbasov

style='margin-bottom:10px;'>

"Xal qazanmaq istəyirdik. Turnir cədvəli bunu tələb edirdi. Mövsümün sonu gəldikdə gərginlik artır, futbolçuların ustalığı ön plana çıxır".

QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 32-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə 0:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Neftçi" bizə ustalıq sayəsində qalib gəldi. Oyuna yaxşı başlamışdıq, hücumlar edirdik, topa sahib idik. "Neftçi" elə ilk imkanından istifadə etdi, daha sonra penalti qərarı...Rahat penalti qazandılar. Birinci hissənin sonundakı epizodumuz qol olsaydı, daha motivasiyalı oynayardıq. Qırmızı vərəqə matçın taleyin həll etdi. 10 nəfərlə “Neftçi”yə qarşı oynamaq ikiqat çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq ki, mövsümü istədiyimiz yerdə bitirək. Bu mövsüm bizim üçün təcrübə oldu. Hansı məqamlara görə istədiyimizi ala bilmədiyimizi təhlil edəcəyik".

Baş məşqçi son iki oyunda müdafiə xəttində probemlərinin olması ilə bağlı da danışıb: "Son oyunlarda istəmədiyimiz zədələr oldu. Amma problemlərdən danışmaq istəmirəm, bəhanə kimi çıxar. "Sumqayıt"la matçda da itkilərimiz var idi, dayaq yarımmüdafiəçimiz yox idi. Bunlar da bizim üçün imtahan oldu ki, heyəti geniş tutmaq lazımdır. Mövsüm boyu yaxşı oyunlarımız, səhvlərimiz də olur. İki oyundur ki, müdafiədə kobud fərdi səhvlər edirik. Bu da bizə baha başa gəldi".

Uduzduqlarına görə özlərini günlandıran mütəxəssis hakim idarəçiliyindən də razı qalmadığını deyib:  "Məğlub olmuşuqsa, ilk növbədə özümüzdə günah axtarmalıyıq. Birinci və ikinci dövrədə bizə qarşı bundan da böyük səhvlər olmuşdu. Bu gün bu haqda danışmayaq. Gələcəyə baxmaq lazımdır. Sadəcə elə qırmızı vərəqə almaq olmaz".

Seçilən
51
6
Mənbələr
Şərh ()
Bağla