AZ

Çayxananın bağlanması xoşuna gəlmədi, obyekt işlədəni bıçaqladı – TƏFƏRRÜATVİDEO

Zaqatalada müştəri çayxana sahibini bıçaqlayıb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Qandax kəndində baş verib. Kafeyə hgələn müştəri, Qandax kənd sakini 38 yaşlı Tural Bayramovla çayxananı işlədən həmkəndlisi - 33 yaşlı Nurlan Muradov arasında mübahisə baş verib.

İddiaya görə, gecə saatları olduğundan kafeni bağlamaq istəyən sahibi müştərilərin çıxmasını tələb edib. Zərərçəkmişin atası deyir ki, bununla razılaşmayan müştəri Tural Bayramov mübahisə edib və evdən gətirdiyi bıçaqla Nurlan Muradova 10-dan çox bıçaq zərbəsi vurub.

Hadisə zamanı ağır xəsarətlər alan Nurlan Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, cərrahi əməliyyat olunub. Hadisədən sonra polisə əməkdaşları hərəkətə keçib.

Hazırda yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən Tural Bayramov 2020-ci ildə də eyni əmələ görə məhkumluq həyatı yaşayıb. Onun bir müddət öncə azadlığı çıxdığı bildirilir.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
57
4
Mənbələr
Şərh ()
Bağla