Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında \"Neftçi\" \"Turan Tovuz\"u qəbul edib.
Qarşılaşma \"ağ-qaralar\"ın qələbəsi ilə yekunlaşıb - 3:0.
15-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. 31-ci dəqiqədə Yuri Matias, 70-ci dəqiqədə Rəhman Hacıyev penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə qonaqlardan Bruno Qonçalveş birbaşa qırmızı vərəqə aldığı üçün meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran paytaxt klubu ikinci pilləyə yüksəlib. Tovuz klubu 42 xalla yeddincidir.
Qeyd edək ki, günün ilk matçında \"Kəpəz\" səfərdə \"Qəbələ\"yə qalib gəlib - 1:0. Bu gün \"Sumqayıt\" \"Qarabağ\"ı qəbul edəcək. Tura aprelin 29-da \"Zirə\" - \"Araz-Naxçıvan\" görüşü ilə yekun vurulacaq. Ötən gün \"Sabah\" \"Səbail\"i iki cavabsız qolla üstələyib.