AZ

Ayxan Abbasov: "Müdafiədəki fərdi səhvlər bizə baha başa gəldi"

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Neftçi" - "Turan Tovuz" (3:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

- Gərgin oyun olacağını bildirdik. "Neftçi" final oyunu kimi baxırdı bu matça. Xal qazanmalı idik. Bu gün rəqib ustalıq cəhətdən bizi üstələdi. Qollar istəmədiyimiz dəqqiqələrdə oldu. Oyuna yaxşı başlamışdıq. Rəqib ələ düşən vəziyyətdən istəfadə etdi, daha sonra penaltidən hesabı artırdılar. İkinci hissəyə yaxşı başlamışdıq. Qırmızı vərəqə planları pozdu, 10 nəfərlə oynamaq çətin idi. Xal ehtiyatımızı artırmağa çalışacağıq. Bu oyunlarda səhvlərimizi təhlil edib, gələcək mövsümə hazırlaşmalıyıq.

- Komanda müdafiənin mərkəzində yaxşı təsir bağışlamır...
- Son oyunlarda istəmədiyimiz zədələr oldu. Bəhanə kimi çıxa bilər, problemlərdən danışmaq istəmirəm. "Sumqayıt"la oyunda itkilərimiz var idi. Bunlar da bizim üçün dərs oldu, lazım olan mövqelərə oyunçular olmalıdır. Müdafiədəki fərdi səhvlər bizə baha başa gəldi.

- Bu gün məğlub olmağınızda səhv hakimin rolu nə qədər idi?
- Öncəliklə günahı özümüzdə axtarmalıyıq. Daha əvvəl də bizə qarşı belə səhvlər olmuşdu. Önümüzə baxmalıyıq, futbolçularıma da dedim, belə qırmızı vərəqə almaq olmaz.

Məlik Məlikov
Seçilən
53
Mənbələr
Şərh ()
Bağla