AZ

Adil Şükürov: “Yeni mərhələyə keçirik, yeni hədəflərimiz var”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm və onları təbrik edirəm. Komanda mübarizə apardı, döyüşdü. Üç xalı alın tərimizlə qazandıq. Yeni mərhələyə keçirik. Bizdən öndə olan rəqibi keçməyə çalışacağıq. Bu uğurda rəhbərlikdən tutumuş, bütün işçilərə kimi hamının əməyi var. Hər kəs yumruq olaraq birləşdi. Bu gün bunun nəticəsini gördük. Bundan sonra yeni hədəflər var. Onlara doğru getməliyik.

Adil Şükürov “Qəbələ”nin Premyer Liqadakı yerini itirməsinə də toxunub:

“Qəbələ” Azərbyacan futboluna çox fayda verir. Burada olan infrastruktur ölkədə ən yaxşısıdır. “Qəbələ”də futbolun sirlərini öyrənən bütün uşaqlara yardım etməliyik. Məncə, “Qəbələ” Premyer Liqada qalmalıdır”.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının növbəti məğlubiyyətinə belə şərh verib:

“Nə isə demək çətindir. Çox sayda imkanlar yaradırıq və istifadə etmirik, kobud səhvlərdən belə qollar buraxırıq. Bu, tək bir matça deyil, mövsümün çox oyunlarına aiddir. Ona görə də təəssüf ki, sonuncu yerdəyik. Futbolçu topu qapı xəttindən çərçivəyə göndərə bilmirsə, bu səviyyədə oynamaq çətin olur. Nəticənin məsuliyyətini üzərimə götürmək istəyərdim, amma belə vəziyyətlərdən sonra bunu edə bilmirəm. Hər hansı gözləntim, istəyim yoxdur. Klubda qalıb-qalmayacağım da bilinmir. Bu, komandanın hansı liqada oynayacağı, hansı imkanlara malik olacağı, iddiası və klubun istəyindən asılıdır. Azarkeşlərdən üzr istəyirəm”.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla