AZ

"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."

"Sionistlər nasistlərdir, onlar faşistlərdir, onlar soyqırım tərəfdarıdır, nədən biz onların yaşamasını istəyirik? Mən çaşqınlıq içindəyəm!.."
 
"ABŞ-da qəddar ritorikaya, nufrətin qızışdırılmasına və antisemit fikirlərə yer yoxdur..."
 
Amerika universitetləri İsrailə qarşı etirazlardan lərzəyə gəlib
 
Son sutkada İsraildə yayılan videoçəkilişdə ABŞ-ın Kaliforniya Universitetində antisemit etirazların qızışdırıcısı, qaradərili "müxtəlif cinsli" Haymani Ceyms adlı fərd inadkarlıqla bəyan edir ki, sionistlər "yaşamağa layiq deyil" və onları öldürmək gərəkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə  "bbc.com" nəşri yazıb.
 
Haymani həmçinin İsrailin və baş nazir Binyamin Netanyahunun aradan götürülməsinə və "onun ölümü ilə çoxsaylı insan həyatını xilas etməyə" çağırış edib.
 
Bu vidüoçarx Haymani tərəfindən hələ bu ilin yanvar ayında, universitet administrasiyası ilə müzakirələrin birbaşa onlayn-yayımı zamanı çəkilib.
 
Bu dinləmələrə səbəb elə həmin tələbənin "sionistlərlə dava" olarsa qətlə hazır olacağı barədə digər bəyanatı olub.
 
Universitet məmurunun ona qarşı irəli sürülən iradları anlayıb-anlamadığı barədə suala cavabında Ceyms deyib: "Yox".
 
Daha sonra o, deyib ki, "müəyyən şəraitdə kimisə həyatdan məhrum etmək bütün dünya üçün faydalıdır". Belə şəxsə nümunəsi kimi tələbə Adolf Hitleri göstərib.
 
Bu müzakirə bitəndən sonra Ceyms öz auditoriyasına müraciət edib. "Əgər biz cəmiyyət və kollektiv olaraq minlərlə, yüz minlərlə, milyonlarla insanın ölümünə gətirib çıxaran ideologiya daşıyıcıları olan bəzi insanların ölümünə razı ola biliriksə, bəyəm mövcud olan belə adamlar ölümə layiq deyilmi?" - etirazçıların lideri sual edib.
 
"Sionistlər nasistlərdir, onlar faşistlərdir, onlar soyqırım tərəfdarıdır. Nədən soyqırımı dəstəkləyən insanların yaşamasını istəyirik? Mən çaşqınlıq içindəyəm", - o, bəyan edib.
 
Tələbə öz fikrini belə izah edib: "Ağ irqin üstünlüyünün bütün tərəfdarları kimi sionistlər də mövcud olmamalıdır, çünki onlar fəal surətdə insanları qətlə yetirir və həssas insanlara zərər vurur. Beləliklə, sevinin, minnətdarlıq edin ki, mən küçəyə çıxıb sionistləri öldürmürəm", - Ceyms bəyan edib.
 
Bu qalmaqaldan sonra Haymani bu videoya görə üzr istəyib. Özünə haqq qazandıraraq, o, bəyan edib ki, "yanlışlığa yol verib".
 
Ceyms əlavə edib ki, "düzgün olmayan" şərhlərinə görə təəssüf edir və "birliyin hər bir üzvü qeyd-şərtsiz özünü təhlükəsiz hiss etməyə layiqdir".
 
Tələbə öz fikirlərini onunla izah edib ki, özünü "qeyri-adi olaraq pərişan" hiss edib. "Mən bu videonu internet kütləsinin mənə qeyri-ənənəvi seksual azlıqların açıq-aşkar nümayəndəsi və qaradərili olduğuma görə hücum etməsindən sonra yazmışam".
 
Ceyms vurğulayıb ki, Kolumbiya Universitetində etirazçıların digər liderləri hesab edir ki, onun bəyanatları "birliyin prinsiplərinə uyğun deyil". "Mən onların dəyərləndirməsi ilə razıyam", - Haymani məlumat verib.
 
Ceymsin fikirləri Kolumbiya Universitetində şərh edilib. Ali məktəb nümayəndəsi məlumat verib ki, Ceymsə kampusu zirarət etmək qadağan edilib.
 
Bu addımın mahiyyəti anlaşılan deyil. Həmçinin Haymaninin bu tədris müəssisəsinin tələbəsi olaraq qalması da aydın deyil.
 
Bu fikirləri hətta Ağ Ev də şərh edib. "Bu, təhlükəli, dəhşətli, ürəkbulandırıcı bəyanatlar həyəcanlı siqnaldır", - Ağ Evin mətbuat katibinin müavini Endrü Beyts bəyan edib. 
 
"Yəhidilərin qətlinə tərədar olmaq dəhşətlidir. Prezident Bayden anladıb ki, ABŞ-da qəddar ritorikaya, nifrətin qızışdırılmasına və antisemit fikirlərə yer yoxdur və o, həmişə buna qarşı çıxacaq", - o, məlumat verib.
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla