AZ

O boyda parlament gör kimlərin ümidinə qalıb…

Kimdə nə yoxdursa, ondan danışır. Gerçəkdən!

Məsələn, Avropa Parlamenti öz növbəti qətnaməsində buyurub ki, Azərbaycan dövləti insan hüquqları ilə bağlı məsələlərə ciddi nəzər yetirməli, hüquq müdafiəçisi (?) İlhamiz Quliyev başda olmaqla filan-filan adamları dərhal və qeyd-şərtsiz azadlığa buraxmalıdır.

Hər şey bir yana. İlhamiz nə idi, sən canı? Kim tanıyır bu adda birini? Öz də hələ "başda olmaqla”! Üstəlik, hüquq müdafiəçisi…

Siyahı dəqiq Azərbaycanamı aiddir?

***

Qəribə gedişatdır. Həqiqətən. Məntiqin, nizamın, qanunauyğunluğun ən kiçik əlaməti belə gözə dəymir. Beynəlxalq hüququn məzarını çoxdan ot basıb. Nəyisə araşdıran yox, dəqiqləşdirən yox. "Ura!” prinsipi dominant xəttə çevirilib. O boyda Parlament gör kimlərin ümidinə qalıb: Mattias Ekkelərin, Emmanuel Maruellərin, Petras Austreviçiusların! Və 474 deputat da düşüb bunların ardınca, ləbbeyk olublar ədalətin anasını ağlatmağa…

Az qala dünyanın hər qarışında qətli, qanı təşviq elə, silah ritorikası ilə danış, 3-cü dünya müharibəsinin başlaması üçün dəridən-qabıqdan çıx, sonra da xəlvətdə tribuna, kamera, media görən kimi mələk görkəmini al və hüquqdan, azadlıqdan dəm vur…

İşdirmi bu?!

30 illik işğalçını qoynunda bəslə, Xocalı cəlladlarını görməzdən keç, erməninin törətdiyi misilsiz müharibə cinayətlərinə səssiz qal, amma Azərbaycan öz halalca haqqına qovuşan kimi o tərəfdən dərhal boylan ki, mən də varam.

Əvvəl harda idin?

Radikal, anti-milli kəsimi böyük paralarla yemlə, diplomatik missiya adı ilə ölkəyə göndərdiyin adamları öz məkrli niyyət(lər)inə alət elə, ortalıqda qəfil və dəxilsiz peydahlanan media qurumları üzərindən Azərbaycana pul daşı, təxribat planla, sonra da demokrat libası geyinərək ortalığa çıx ki, mən deyən olmalıdı, hə?

Xeyir ola?

"Söyüş müxalifəti” adlandırdığımız qanıpozuq zümrə kimin əsəridir, cənab Avropa? Bəlkə onları mən yetişdirmişəm, ortalığa buraxmışam? Niyə vermirsən həmin cinayətkarları? Niyə ekstradisiya tələblərini qulaqardına vurursan? Və ya heç belə hal olubmu ki, sənin vətəndaşın başqa məkandan öz prezidentini, yüksək vəzifəli şəxsləri ən ağır formada təhqir eləsin, amma ona gözün üstə qaşın var deyən olmasın? Yox, əlbət. Mümkünatı belə yoxdur. Haqqında danışdıqlarım isə ona görə rahatdırlar ki, arxalarında siz dayanmısız. Dayanmısız, dayanırsız və bu axsaq dayanıqlıqla hələ kiməsə məsləhət vermək çabasına belə girirsiniz.

Utanmadan-qızarmadan!

***

Əlqərəz.

Gedin quşunuzu başqa yerdə uçurdun.  

Belə mövzulara da heç girməyin.

Çünki hüquq qalsın bir yana, sizin heç insanlıq haqda normal təsəvvürləriniz yoxdur….

Elşən Musyev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
 
 

Seçilən
21
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16544
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
13409
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10021
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
8864
Faiq Sadıqov
8106
Səidə Sultan klipi üçün lüt soyundu
6147
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5792
Gənc aparıcı vəfat etdi - FOTO
5428
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5305
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5094
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5051
10 yaşlı uşağın faciəvi ölümü
4753
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4533
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4505
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
3865
Ruslan Müşfiqabadlının anası vəfat edib
3228
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3128
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3034
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
2682