AZ

"Boinq" kosmosa uçacaq - Fotolar



NASA və "Boeing" aviaşirkəti birgə kommersiya uçuş proqramı çərçivəsində ilk dəfə kosmosa astronavt göndərməyə hazırlaşırlar. "Starliner"-in ilk pilotlu uçuşu 6 maya planlaşdırılıb.

Reyting.az
-ın məlumatına görə, "Nivan" nəşri yazır ki, "Boeing" şirkəti uçuşu "Starliner" adlı kosmik gəmi vasitəsilə həyata keçirəcək və ilk dəfə kosmosa insan göndərəcək. Bu uçuş NASA-nın kommersiya ekipajlı uçuş proqramının bir hissəsi olacaq.

"Starliner" kosmik gəmisi NASA Kommersiya Ekipajı Proqramının müqaviləsi çərçivəsində "SpaceX" və "Crew Dragon" kosmik gəmisi ilə eyni vaxtda hazırlanıb. Bununla belə gəminin "Crew Dragon"-dan fərqli olaraq hazırlıq prosesində ləngimələr baş verib. Xatırlanır ki, dəfələrlə texniki problemlərlə üzləşdiyinə görə "Starliner" gəmisinin kosmosa start uçuşu təxirə salınıb. Lakin uzun sürən sınaqlardan çıxdıqdan və problemlər aradan qaldırıldıqdan az sonra nəhayət NASA uçuşa icazə verib.



Kütləvi ekipaj uçuşu (Crew Flight Test) adlanan uçuşun kosmos tarixində böyük tarixi əhəmiyyəti olacaq. Mütəxəssislərin fikrincə, birgə əməkdaşlığın nəticəsində reallaşacaq bu uçuş 1963-cü ildən sonra "Canaveral" burnundan ilk astronavtların daşındığı gəmi ilə ilk buraxılış olacaq. Bu, 56 il ərzində ilk dəfə olaraq üç müstəqil kosmik gəminin, yəni "Crew Dragon" ilə "Starliner"-in, eləcə də rusların "Soyuz" ekipajının Beynəlxalq Kosmik Stansiyasına (BKS) çatdırılması prosesi olacaq. Ən başlıcası isə bu uçuş "Starliner Atlas V" raketi ilə buraxılan ilk astronavtlar daşıyacaq kosmik gəmi kimi tarixə düşəcək.

Bu kütləvi ekipaj uçuşu sınaq mərhələsini uğurla başa çatdırdıqdan sonra NASA "Starliner"-i BKS-yə planlaşdırılmış uçuşlar üçün sertifikatlaşdıra bilər. Artıq bu ekipajların kosmosa buraxılması üçün ilkin icazə də verilib və bu, 2024-cü ilin sonuna qədər yekun qərar ola bilər.



Çox böyük məsuliyyət və risk tələb edən belə bir uçuşa başlamazdan öncə aşkara çıxarılan texniki problemi həll etməkdən ötrü mütəxəssislər kosmik gəminin maye oksigenin tədarükünə məsul olan klapanı dəyişdirməli, istilik qoruyucunun ayrılmasını təhlil etməli, eləcə də paraşüt sisteminin nasazlığı zamanı hər hansı baş verəcək müxtəlif fövqəladə halları nəzərə almalıdırlar. Bundan əlavə, mütəxəssislər ISS proqramı vasitəsi ilə ilk dəfə olaraq öz missiyasını yerinə yetirəcək "Starliner" kosmik gəmisini qəbul etməkdən ötrü bir neçə portlar da hazırlayırlar.

Nəşr qeyd edir ki, NASA, eləcə də "Boeing" şirkətinin hesablamalarına görə, "Starliner" missiyası zamanı bu ilk uçuşda iştirak edən ekipajın həlak olma ehtimalı 295-də 1-dir ki, bu da kosmik sənayedə və kosmik tədqiqatlar sahəsinə standart olaraq qəbul edilmiş 270-də 1-in məqbul həddi altındadır. Bu göstərici isə missiya iştirakçılarına görə, qarşıdakı uçuşun çox uğurlu keçəcəyinə və təhlükəsizliyinə inam deməkdir.



Sonuncu keçirilən sınaq uçuşu - əgər çətin problemlər yaratmadan tamamilə uğurlu olarsa, NASA "Starliner" kosmik gəmisini BKS-da qeydə alıb planlı kommersiya uçuşları məqsədi ilə sertifikatlaşdırmağa başlayacaq. İlkin olaraq buraxılış mayın 6-na planlaşdırılıb, digər uçuş ehtiyat tarixləri isə 7, 10 və 11 may tarixlərinə nəzərdə tutulub.

"Starliner" adlanan bu kosmik gəmidə ikiastronavtdan ibarət ekipaj olacaq. Onlar yüksək peşəkarlıq səviyyəsində iki həftə kosmik stansiyada gəminin sistemlərini sınaqdan keçirəcəklər.

Oqtay QORÇU
Reyting.az

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla