Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.anews.az