AZ

Kiyev Polşadakı ukraynalı "dezertir"ləri geri qaytarmaq istəyir...

...Gərək ki, bununla bağlı dünən SİA yazı vermişdi.

Deməli, Ukrayna ölkəni tərk etmiş, xeyli hissəsi Polşada yaşayan hərbi yaşda olan vətəndaşların bir qismini geri qaytarmağa çalışır.

Polşa hakimiyyətinin bildirdiyinə görə, Kiyev vətəndaşları hansısa yolla evlərinə qayıtmağa məcbur etmək üçün ukraynalı kişilərə sosial müavinət ödəməmək tələbi ilə hətta Varşavaya müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TVN24 də xəbər verir.

...Media Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə istinadən xəbər verir.

Sikorski, Kiyev hakimiyyətinin onları hərbi xidməti başa vurmamış və müvafiq sertifikatı olmayan ukraynalılara güzəştlər verməməyi xahiş edib.

Yeri gəlmişkən, bundan əvvəl Polşa Müdafiə Nazirliyi hərbi yaşda olan vətəndaşların geri qaytarılmasında Kiyevə kömək etməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, aprelin 16-dan Ukraynada səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvədədir.

Nazlı

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla