Bu gün Azərbaycan Premyer Liqasında 32-ci turu çərçivəsində “Qəbələ” – “Kəpəz” qarşılaşması baş tutub. Oyun “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
KONKRET.az xəbər verir ki, oyun zamanı AFFA nümayəndəsinin davranışı birmənalı qarşılanmayıb.
Belə ki, onun matçı zamanı siqaret çəkməsi ilə bağlı görüntüləri yayılıb.
Həmin kadrı təqdim edirik: