AZ

"Qəbələ" Premyer Liqanı tərk edəcək


"Qəbələ" klubu futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək.
Yeniavaz.com
xəbər verir ki, XXXII turda öz evində "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Qəbələ" turnir cədvəlinin sonunda qərarlaşıb.
Qeyd edək ki, XXXII turun "Neftçi" - "Turan Tovuz" və "Sumqayıt" - "Qarabağ" matçları bu gün keçiriləcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla