AZ

Şəkidə yol qəzası oldu - Yaralılar var

Şəki rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində Zaqatala sakini 1987-ci il təvəllüdlü İsrafilov Rəşad Nuru oğlu və Qax rayon sakini 1978-ci il təvəllüdlü Babacanaşvili Qoqita Romikoyeviç xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yərləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli

Seçilən
25
9
Mənbələr
Şərh ()
Bağla