AZ

“Zenit” uduzdu, zirvədə fərq 1 xala endi - TURUN İCMALI

Martda Rusiyada keçirilən prezident seçkisinə görə təxirə salınan 21-ci tur, nəhayət, həftəiçi oynanıldı.

“Football-plus.az” xəbər verir ki, tur qonaqların üstünlüyü ilə keçdi.

Açılış oyununda səfərdə “Orenburq”u məğlub edən “Dinamo” 3-cü pillədəki mövqeyini qorudu. “Lokomotiv” Nijni Novqorodda möcüzəvi bir qələbə qazandı. Çünki komanda 75-ci dəqiqəyə qədər iki top geridə idi. “Loko” sonuncu dəfə ötən ilin martında “Krasnodar”la oyunda 0:2-ni 3:2-yə çevirmişdi. “Dəmiryolçular” bu mövsüm hesabda geridə olduqları 14 oyunun 10-da məğlubiyyətdən qurtulmağı bacarıblar və belə qarşılaşmalarda hamıdan çox (14) xal qazanıblar. Son illərin dəyişməz çempionu “Zenit”in işləri qaydasında getmir. Son həftələrdə komanda hətta qələbə qazananda da tənqid olunurdu. Çünki ortada baxımlı futbol yox idi. “Zenit”in oyunundakı enişin kuliminasiya nöqtəsi “Rubin”lə ev matçına təsadüf etdi. Sankt-Peterburq nəhəngi doğma meydanda fasilədən sonra buraxdığı 2 qolla sensasiyalı şəkildə məğlub oldu! Komanda qapıya 24 zərbə endirdiyi halda, qola həsrət qaldı. Rəsmi matçlarda 10 oyunluq məğubiyyətsiz seriyası qırılan “Zenit” Sergey Semakın dönəmində ilk dəfə daxili turnirlərdə evdə qol vurmadan və üstəlik 2 top fərqi ilə uduzdu! 25 tura 50 xal və 44 qol eyni zamanda Semakın dönəmində ən zəif göstəricilərdi. Daha bir diqqətçəkən məqam odu ki, komanda bu məşqçi ilə ilk 5 mövsümdə evdə cəmi 4 dəfə uduzmuşdusa, təkcə bu mövsüm evdəki məğlubiyyətlərin sayı 3-ə çatdı. Murad Musayevin “Krasnodar”ı, təbii ki, bu hədiyyədən gözəl yararlandı. Evdə “Baltika”dan üstün olan “Krasnodar” yenidən “Zenit”lə xal fərqini 1-ə endirdi. Meydan sahiblərində məhsuldar ötürmələrdən birini qapıçı Safonov hesabına yazdı.

Ötən tur evdə “Spartak”dan 5 qol buraxan “Rostov” bu dəfə “Ural” səfərindən minimal qələbə ilə qayıtdı. “Krılya Sovetov” Voronejdə qələbə qazanmaqla 5-ci pilləyə yüksəldi. Sonuncu pillədəki “Soçi” Qroznıdan xalsız qayıtmaqla qış fasiləsindən bəri ilk dəfə məğlub oldu. ÇSKA ilə “Spartak” arasında baş tutan turun mərkəzi oyunu isə ümidləri doğrultmadı. Zəngin tarixə malik olan bu derbidə 41 oyundan sonra ilk dəfə qapılara qol vurulmadı. Premyer-liqa çərçivəsində sonuncu qolsuz derbi 2003-ün oktyabrına təsadüf etmişdi! Bundan başqa, “Spartak”ın çempionatda Moskva təmsilçilərinə qarşı məğlubiyyətsiz seriyanı 12 oyuna yüksəltməsi diqqəti çəkdi. Bu, “ağ-qırmızılar”ın 2007-dən bəri ən yaxşı seriyasıdı.

21-ci tur
Zenit – Rubin 0:2
Daku, 50. Martınoviç, 67.
Zenit: Kerjakov, Karavayev (Yeroxin, 88), Rodriqao (Artur, 57), Nino, Alip (Yerakoviç, 46), Barrios (Pedro, 60), Vendel, Mantuan, Klaudinyo, Mostovoy (Sergeyev, 60), Kassyerra.

KrasnodarBaltika 3:2
Kordoba, 31; 61. Spertsyan, 50Kozlov, 57; 89.
Krasnodar: Safonov, Olusequn (Banyats, 86), Kayo (Tormena, 62), Alonso, Olasa, Çernikov, Kastanyo (Krivtsov, 72), Kadi (Batçi, 72), Spertsyan (Ektov, 86), Sa, Kordoba.

ÇSKASpartak 0:0
ÇSKA: Akinfeyev, Kellven, Lukin, Moyzes, Aqapov, Qayiç, Zdelar, Mendes, Oblyakov (Davila, 84), Çalov, Zabolotnı (Musayev, 78).
Spartak: Maksimenko, Denisov (Tavareş, 69), Duarte, Çernov, Babiç, Xluseviç, Martins (Umyarov, 69), Prutsev (Litvinov, 90+4), Sobolev, Uqalde, Medina (Zinkovski, 78).

Nijni Novqorod – Lokomotiv 2:3
Kalinski, 35-p.; 58-p. – Süleymanov, 75. Mirançuk, 90+2-p. Silyanov, 90+6.
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Silyanov, Mitay, Karpukas (Sarveli, 58), Barinov, Samoşnikov, Mirançuk, Pinyaev (Jemaletdinov, 58), Qluşenkov.

Orenburq – Dinamo 1:2
Mansilya, 77 – Tyukavin, 55. Nqamalyo, 72.

Ural – Rostov 0:1
Ronaldo, 57.

Fakel – Krılya Sovetov 0:1
Orosko, 76.

Axmat – Soçi 1:0
Sadulayev, 30.

1. Zenit 25 16 5 4 44-22 50
2. Krasnodar 25 14 7 4 41-25 49
3. Dinamo 25 12 8 5 42-33 44
4. Lokomotiv 25 10 11 4 42-34 41
5. Krılya Sovetov 25 11 6 8 43-35 39
6. Spartak 25 11 6 8 34-29 39
7. ÇSKA 25 9 11 5 44-33 38
8. Rostov 25 10 7 8 37-38 37
9. Rubin 25 10 6 9 23-30 36
10. Nijni Novqorod 25 8 4 13 24-33 28
11. Fakel 25 6 8 11 19-28 26
12. Axmat 25 7 5 13 24-37 26
13. Orenburq 25 6 8 11 28-33 26
14. Ural 25 6 6 13 24-39 24
15. Baltika 25 6 5 14 25-31 23
16. Soçi 25 4 7 14 26-40 19
Bombardirlər: Kassyerra (Zenit) – 16, Kordoba (Krasnodar) – 14, Tyukavin (Dinamo) – 12.
Növbəti turun oyunları aprelin 28-29-da keçiriləcək: Axmat – Nijni Novqorod, Spartak – Lokomotiv, Rostov – Orenburq, Krılya Sovetov – Krasnodar, Dinamo – Zenit, Soçi – Fakel, Rubin – Ural, Baltika – ÇSKA.

Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:
“Futbol sadə oyundu. Qol vura bilmədinsə, qalib gəlmək mümkün deyil. Müdafiədəki səhvlərdən heç kim “sığortalanmayıb”. Bu səhvlər həmişə olub, indi də var və bundan sonra da olacaq. Bu gün bizim günümüz deyildi. Saysız-hesabsız hücumlar etsək də, top heç cür qapıya daxil olmaq istəmədi. “Rubin” bütün komanda ilə müdafiəyə çəkilmişdi. Bizdə son nöqtəni qoya biləcək futbolçu tapılmadı. Tempimiz yaxşı idi. Yəni problem fiziki cəhətdən qaynaqlanmır. Hakimin bəzi qərarlarını anlamadım. Amma bunu qabartmaq istəmirəm. 4 xallıq fərq yaxaladıqdan sonra rahatlaşmadıq. Bu, mətbuatın uydurmasıdı. Biz bütün oyunlara ciddi yanaşırıq. Hələ də liderik. Sadəcə, məğlubiyyət limitimiz tükəndi. Bundan sonra səhv etməyə haqqımız yoxdu”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Hücumdakı oyunumuzdan razı qaldım. Amma müdafiədə inamsız təsir bağışladıq. İntizam çatışmırdı. Rəqibə mane olmaqda çətinlik çəkirdik. Ona görə də hücumla müdafiə arasında balans itmişdi. “Zenit”lə xal fərqinin 1-ə düşməsi barədə nə düşünürəm? İstər “Zenit”, istərsə də turnir cədvəli məni, ümumiyyətlə, maraqlandırmır. İndi ilk növbədə səvlərimizdən nəticə çıxarmalı və “Krılya Sovetov”a qarşı keçirəcəyimiz növbəti oyuna hazırlaşmalıyıq”.
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17144
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15446
Səidə Sultan klipi üçün lüt soyundu
11828
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10606
Faiq Sadıqov
9607
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9481
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6067
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5956
Gənc aparıcı vəfat etdi - FOTO
5841
10 yaşlı uşağın faciəvi ölümü
5563
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5527
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5481
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5034
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4677
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4368
Ruslan Müşfiqabadlının anası vəfat edib
3997
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3478
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3294
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3287