“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizə insanlara şəfa bəxş edən, səmimi və mehriban xarakteri ilə xəstələrə səhhətlərindəki problemləri unutduran Aynurə Əliyevanı təqdim edirik.
O, 2005-2010-cu illərdə Azərbaycan Dövlət Müəllimlər Universitetinin Psixologiya fakültəsində təhsil alıb. 2022-ci ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq və Yeniyetmə Psixologiyası üzrə rəsmi ixtisas artırma təhsili alıb.
Aynurə Əliyeva 2016-2021-ci illərdə TURAN Hospitalda psixoloq kimi fəaliyyət göstərib. 2021-ci ildən Suraxanı Tibb Mərkəzində psixoloq vəzifəsində çalışır.