AZ

Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizə insanlara şəfa bəxş edən, səmimi və mehriban xarakteri ilə xəstələrə səhhətlərindəki problemləri unutduran Aynurə Əliyevanı təqdim edirik.
 
O, 2005-2010-cu illərdə Azərbaycan Dövlət Müəllimlər Universitetinin Psixologiya fakültəsində təhsil alıb. 2022-ci ildə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Uşaq və Yeniyetmə Psixologiyası üzrə rəsmi ixtisas artırma təhsili alıb.
 
Aynurə Əliyeva 2016-2021-ci illərdə TURAN Hospitalda psixoloq kimi fəaliyyət göstərib. 2021-ci ildən Suraxanı Tibb Mərkəzində psixoloq vəzifəsində çalışır.
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla