AZ

Gürcüstan XİN başçısı Brüsselə səfər edəcək

Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili Brüsselə səfər edəcək.Bu barədə "newsgeorgia.ge” xəbər verib.
 
Səfər qəbulu planlaşdırılan "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə əlaqədar Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsi fonunda baş tutur.

İlya Darçiaşvili Belçikanın təşkilatçılığı ilə Avropa İttifaqının genişlənməsinə həsr olunmuş tədbirə qatılacaq.
 
Səfər çərçivəsində Belçika və Lüksemburq xarici işlər nazirləri , o cümlədən Avropa İttifaqının nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək. Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Bakas ilə də danışıqlar aparılacaq. Macarıstan iyuldan başlayaraq 6 ay müddətində Aİ-yə sədrlik edəcək.

www.anews.az
Seçilən
15
7
Mənbələr
Şərh ()
Bağla