AZ

Ürəklərdə yaşayan ömür - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün görkəmli alim, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 ili tamam olur". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, Zərifə xanım uzun bir ömür yaşamasa da yaşadığı 62 ildə şərəfli bir həyat yolu keçərək hər bir azərbaycanlı ailəsi üçün nümunə olmuşdur: "Belə ki, dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım hələ uşaqlıq illərindən atasının həkimlik peşəsinin vurğunu olmuşdur. Ona görə də həkimlik peşəsinə yiyələnəndən sonra atasının araşdırmağa başladığı malyariya və traxomiya xəstəliklərinin müalicəsi ilə məşğul olmuşdur. Həkim kimi işlədiyi dövrdə minlərlə xəstənin görmə qabiliyyətini bərpa etmiş, minlərlə oftalmoloq yetişdirmiş, sağalmaz hesab olunan göz xəstəliklərinin müalicəsini tədqiq etmiş, imkansız insanların yanında olmuş, milyonların sevgisini qazana bilmişdir. Zərifə xanım peşə oftalmologiyasının əsasını qoymuş və SSRİ Elimlər Akademiyasında Averbax mükafatına layiq görülmüş ilk qadın alim olmuşdur.

Zərifə xanımı hamıdan çox Ümummilli Lider Heydər Əliyev çox sevirdi. Çünki onların sevgisi tarixin sınaqlarından çıxmış, sarsılmaz və möhkəmliyi ilə özünü təsdiq etmişdir. Zərifə xanım Heydər Əliyevə sədaqətli ömür-gün yoldaşı olaraq ona dövlətin siyasi rəhbərliyində uğurla fəaliyyət göstərməsinə mənəvi dəstək verirdi. Məhz bu ailə nümunəsi milyonlarla ailə quran cütlüklər üçün məktəb olmuşdur. Bəli, ailədə səmimiyyət, etibar, hörmət və sevgi olanda uğurlu olur. Bu bütün xüsusiyyətlər Zərifə xanımla Heydər Əliyevlərin ailəsində cəmləşmişdi.

Zərifə xanım qayğıkeş ana idi. Övladlarını əxlaqlı, tərbiyəli, ziyalı və Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etmişdir. Məhz Zərifə xanımın övladlarına yüksək vətənpərvərlik ruhunda verdiyi tərbiyə İlham Əliyevin yüksək keyfiyyətlərə malik bir Lider kimi böyüməsinə yol açmışdır. Prezident İlham Əliyev 20 ildən çox dövlətə rəhbərlik etdiyi dövrdə Azərbaycan böyük bir uğurlu yol keçərək qalib ölkəyə çevrilə bildi. Bu gün Azərbaycan Respublikası dünya ölkələrinin boy sırasında özünə layiq yerə malik qüdrətli və nüfuzlu ölkəyə çevrilə bilmişdir. Bu gün Azərbaycan dünyanın güc mərkəzlərinin hesablaşdığı və sözünə hörmətlə yanaşdığı bir ölkə olmuşdur. Təbii ki, qazandığımız bütün uğurlarımıza görə Prezident İlham Əliyevi xalqımıza bəxş edən Zərifə xanım və Heydər Əliyevlərə borcluyuq.

Allah Rəhmət eləsin və ruhları şad olsun!"

Müəllif: Söylü Ağazadə
Seçilən
116
Mənbələr
Şərh ()
Bağla