AZ

8 aya 20 kilo arıqladı... - Bergüzar Korel sirrini bölüşdü - FOTO

Məşhur aktrisa Bergüzar Korel 8 ayda 20 kilo arıqlaması ilə diqqət çəkib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Korel formasını qorumaq üçün nələr etdiyini bölüşüb.

Korelin səhər yeməyində üstünlük verdiyi yumurtalara qatdığı ədviyyatlar marağa səbəb olub.

Belə ki, 41 yaşlı aktrisa günün ilk yeməyini paylaşıb və bildirib ki, yumurtaya qara bibər və zəncəfil əlavə edərək istehsal edir.

Xeyli arıqlayan Korel formasını qorumaq üçün dietoloqu ilə görüşməyə davam edir.

Korel detoks zamanı axşam yemək yeməməkdə çətinlik çəkdiyini də etiraf edib.

Korel onu da bildirib ki, hazırda yemək yeməmək üçün diqqətini su ilə yayındırır.

Xatırladaq ki, 2009-cu ildə aktyor Halit Ergençlə ailə quran Bergüzar Korelin 2010-cu ildə oğlu Əli, 2020-ci ildə Han, 2021-ci ildə qızı Leyla dünyaya gəlib.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla