AZ

Muxtar Babayev G7 nazirlər toplantısında iştirak edir

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir.Bu barədə COP29 məlumat yayıb.
 
"COP29 Turində G7-nin İqlim, Enerji və Ətraf Mühit üzrə Nazirlər Toplantısında iştirak edir”, – məlumatda bildirilib.
 
COP29-un yaydığı şəkillərə əsasən, Muxtar Babayev tədbirdə çıxış edib, italiyalı həmkarı Cilberto Piketto-Fratinlə görüşüb.

www.anews.az
Seçilən
98
21
Mənbələr
Şərh ()
Bağla