AZ

İraqda homoseksuallığa görə 15 il HƏBS – Yeni qanun qəbul olundu

İraq parlamenti eynicinsli cütlüklərin münasibətlərini cinayət hesab edən qanun qəbul edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Reuters” xəbər verir.

Qanunun məqsədi İraq cəmiyyətini əxlaqi pozğunluqdan və homoseksuallığa təhrikdən qorumaqdır. Sənədi əsasən İraq parlamentində ən böyük koalisiyanı təşkil edən mühafizəkar şiə partiyaları dəstəkləyib.

Qanun eynicinslilər arasında münasibətləri qadağan edir və buna əməl etməyənləri ən azı 10-15 il arası həbs cəzası ilə gözləyir. Sənəddə həmçinin homoseksuallığı təbliğ etməyə görə ən azı 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Burhan,

KONKRET.az

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla