Böyük Britaniyanın səfiri Naxçıvandan maraqlı fotolar paylaşdı
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Naxçıvana səfər edib və bu barədə sosial şəbəkə hesabında paylaşımlar edib. Yeniavaz.comxəbər verir ki, səfir sosial şəbəkə hesabında Azərbaycanın milli yeməklərindən olan pitinin fotosuna “Ordubad piti yoxsa Şeki piti – hansı daha dadlıdır?”, - qeydini yazaraq paylaşıb. Qeyd edək ki, səfir Fergus Auld eyni zamanda Naxçıvanın tarixi yerlərindən – Əlincə qalasından, Əshabi-Kəhf mağarasından, həmçinin Batabat gölündən fotolar paylaşıb.