PSJ-də yeni müqavilə
PSJ futbolçusu Varren Zayre-Emeri ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb.
Fransalı futbolçu bu mövsüm 38 oyunda meydana çıxıb.